Yuxarı sinif şagirdləri üçün proqramlar

Gələcək Liderlərin Mübadiləsi (FLEX)

Gələcək Liderlərin Mübadiləsi proqramı (FLEX) yuxarı sinif şagirdlərinə ABŞ məktəbində oxuyaraq və ABŞ-da qonaq edən ailədə qalaraq, beynəlxalq mübadilə vasitəsilə Birləşmiş Ştatların xalqı və mədəniyyəti haqında öyrənmək imkanı verir. FLEX proqramı Birləşmiş Ştatlar hökuməti tərəfindən maliyyələşdirilir və mədəni müxtəlifliyə hörməti təbliğ etməyi, şəxsi inkişaf və icma xidmətləri ilə məşğul olmaq imkanlarını təmin etməyi, eləcə də Avrasiyanın gənc vətəndaşlarına amerikalıları öz ölkələri və mədəniyyətləri haqqında öyrədərək, 1 akademik il ərzində ABŞ-ın həyat tərzini müşahidə etmək və yaşamaq imkanını verməklə ölkələrimiz arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməyi qarşısına məqsəd qoyur.

FLEX proqramı Azərbaycanda Amerika Şurasının ofisi tərəfindən idarə olunur. Azərbaycanda hazırkı FLEX proqramı yalnız məktəbin son sinif şagirdləri üçündür.

Daha çox məlumat üçün siz proqramın elektron poçt ünvanına - flex@americancouncils.az  yaza və ya birbaşa Amerika Şurasına zəng edə bilərsiniz: 050 225 81 78 or 12 436 75 30.

Azərbaycanla Gənc Liderlik Proqramı

Bu proqram mədəni anlaşma və ABŞ-da xüsusi bir sahədə bilik toplama məqsədilə yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Namizədlər orta səviyyədə ingilis dili biliyi olan yuxarı sinif şagirdləri olmalıdırlar. Müddət: 3 həftə. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilir.

https://az.usembassy.gov/education-culture/educational-programs/programs-high-school-students/

Bencamin Franklin Transatlantik Yay İnstitutu

Bu proqram tələbələr üçün ABŞ-da peşəkarlar tərəfindən verilən mühazirələrdə iştirak etmələri və mədəni təcrübə toplamalarından ötrü nəzərdə tutulub. Namizədlər orta səviyyədə ingilis dilini bilən 16-18 yaşlı şagirdlər olmalıdırlar. Müddət: 4 həftə. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilir.

Bakalavrlar üçün proqramlar

Qlobal bakalavr Mübadilə proqramı (UGRAD)

Bu proqram mədəni və akademik təcrübəni təbliğ edir, eləcə də bakalavr tələbələri üçün ABŞ kollec və universitetlərində 1 semestr oxumaq imkanı yaradır.

Namizədlər Azərbaycan universitetlərinin 1-ci, 2-ci və ya 3-cü kurs tələbləri olmalı, ingilis dilini mahir bilməlidirlər.

Təhsil müddəti – 1 semestr.

Bu proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

https://az.usembassy.gov/education-culture/educational-programs/programs-for-students/

Tələbələr üçün SUSİ proqramı

Bu, Birləşmiş Ştatları və onun siyasi sistemini daha dərindən anlayan bakalavr tələbələrindən ibarət liderlər qrupunu yaratmağı hədəfləyən proqramdır.

Proqramın müddəti 6 həftədir.

Bolqarıstan Amerikan Universitetinin (AUBG) təqaüdləri

AUBG beynəlxalq bakalavr tələbələrinə bir çox təqaüdlər təqdim edir. Hər bir ərizəçi onun ala biləcəyi hər hansı təqaüd üçün avtomatik olaraq, nəzərdən keçirilir. Akademik göstəriciyə əsaslanan təqaüdlər tələbənin məktəbin yuxarı sinfindəki göstəricilərinə və ingilis dilindən imtahan nəticələrinə əsasən verilir. AUBG tələbələrinin 73%-i təqaüdün hər hansı formasını alırlar.

www.aubg.bg

Yaponiya dövlət təqaüdləri

Yaponiya hökuməti Yaponiya dövlət Təqaüd Proqramı çərçivəsində Yaponiya universitetlərində bakalavr tələbəsi kimi təhsil almaq arzusunda olan beynəlxalq tələbələrə Yaponiyada təqaüdlər təklif edir. Təqaüdlər müavinəti, səyahət xərclərini və məktəb xərclərini əhatə edir.

http://www.mext.go.jp/a_menu/koutou/ryugaku/boshu/1346643.htm

Beynəlxalq tələbələr üçün Çin dövlət təqaüdləri

Çin dövlət təqaüdü – ikitərəfli proqrama təhsil mübadilə razılaşmalarına və ya Çin hökuməti ilə digər dövlətlərin hökumətləri, institutlar, universitetlər və beynəlxalq təşkilatlar arasında bağlanmış Anlaşma Memorandumlarına (MoU) müvafiq olaraq, Təhsil Nazirliyi tərəfindən təsis edilmiş tam və ya qismən təqaüdlər daxildir. Bu proqram bakalavr səviyyəsini dəstəkləyir. İkitərəfli proqram həm tam, həm də qismən təqaüdləri təmin edir.

http://www.campuschina.org/content/details3_74775.html

Linqnan Universiteti (Honq Konq) təqaüdləri

Bakalavrlar üçün tam və qismən təqaüdlər.

 http://www.ln.edu.hk/admissions/ug/overseas/

Beynəlxalq tələbələr üçün Tayvan təqaüdləri

Tayvan hökuməti Təhsil Nazirliyi vasitəsilə Tayvan Təqaüd Proqramı ilə Tayvan kollec və universitetlərində təhsil almaq istəyən beynəlxalq tələbələrə bakalavr təqaüdləri təklif edir. Təqaüdlər təhsil haqqını, akademik xərcləri və yaşamaq üçün müavinəti əhatə edir.

http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E HYPERLINK "http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E&id=122"& HYPERLINK "http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E&id=122"id=122

Beynəlxalq tələbələr üçün Koreya dövlət təqaüdləri

Bakalavr kursu: Koreya universitetləerində təşkil edilmiş 4 illik kurs. Təqaüdə layiq görülənlər universitet kampusunda yerləşən dil institutunda 1 illik Koreya dili kursu keçməlidirlər.

http://www.studyinkorea.go.kr/en/sub/gks/allnew_invite.do

Beynəlxalq tələbələr üçün Türkiyə təqaüdləri

Türkiyə təqaüdləri Türkiyədə bakalavr təhsili üçün bütün dünyadan olan müvəffəqiyyətli beynəlxalq tələbələr üçün tam maliyyələşdirilmiş hökumət proqramlarıdır. Təqaüdə aylıq stipendiya (bakalavrlar üçün 600 TL), tam təhsil haqqı, ödənişsiz 1 illik türk dili kursu, ödənişsiz yaşayış təminatı, gediş-gəliş hava yolu bileti və tibbi sığorta daxildir.

https://www.turkiyeburslari.gov.tr/en/announcement/turkiye-scholarships-2019-applications
 
Xarici tələbələr üçün Macarıstan dövlət təqaüdləri

Stipendium Hungaricum təqaüd proqramı 2013-cü ildə Macarıstan hökuməti tərəfindən qəbul olunub. Proqramın əsas missiyası Macarıstanda xarici tələblərin sayını artırmaq və Macarıstan ali təhsil müəssisələrini savadlı xarici tələbələri cəlb etməyə həvəsləndirməkdir. 2017/18-ci təhsil ilində 4000 tələbə Stipendum Hungaricum proqramı çərçivəsində Macarıstanda öz təhsilinə başlaya bilmişdir.

http://www.tka.hu/international-programmes/2966/stipendium-hungaricum

Holland təqaüdü

Holland təqaüdü Avropa İqtisadi Zonasından (EEA) kənarda olan, bakalavr təhsilini Niderlandda almaq istəyən beynəlxalq tələbələr üçün nəzərdə tutulmuşdur.

Təqaüd – təqaüd 5000 avro təşkil edir. Siz bu məbləği təhsil müddətinizin birinci ilində alacaqsınız. Xahiş edirik, nəzər alın ki, bu, təhsil haqqını tam ödəyən təqaüd deyil.

Təqaüd verilmə dövrü – təqaüd 1 illiyə verilir və yalnız bir dəfə alına bilər.

https://www.studyinholland.nl/scholarships/highlighted-scholarships/holland-scholarship

Cenevrə Universiteti təqaüdü (İsveçrə)

Cenevrə Universiteti bakalavrlar üçün tam maliyyələşdirilən təqaüdlər təklif edir

https://www.unige.ch/en

------------------------------------------------------------------------------------------------------------------------

Beynəlxalq Magistr Proqramları

Vətəndaş Cəmiyyəti Liderlik Mükafatı (CSLA)

CSLA Asiya, Avropa və Şimali Amerika boyu universitetlər şəbəkəsində tam maliyyələşdirilmiş magistr təqaüdləri təmin edir – 11 ölkə, 30-dan çox universitet. Bu proqram aşağıdakı sahələr üzrə 1 və ya 2 illik MA dərəcələrini dəstəkləyir: İnkişaf elmləri, İctimai səhiyyə, Təhsilin idarə edilməsi, Hüquq və İnsan haqları, İctimai siyasət və idarəetmə, Ətraf mühit və resurs idarəetməsi, Sosial iş və siyasət, İqtisadiyyat və beynəlxalq elmlər və digər humanitar və social elm sahələri.

https://www.opensocietyfoundations.org/grants/civil-society-leadership-award

Bu proqram BTMM tərəfindən idarə olunur.

Daha çox məlumat üçün əlaqə:
Caspian Business Center, 2-ci mərtəbə
Tel: 448 28 45/46
E-mail: office@beic.az

Mərkəzi Avropa Universiteti (CEU)

sosial elmlər və humanitar sahədə beynəlxalq dərəcədə qəbul edilmiş magistr təhsili müəssisəsidir. Proqram 1 illik (iqtisadiyyat üzrə - 2 illik) magistr proqramları təklif edir. Tam və qismən maliyyə yardımları akademik-dəyər əsasında verilir. Bütün dünyadan olan tələbələr müraciət edə bilərlər. Daha çox məlumat üçün ziyarət edin:

www.ceu.hu

Fulbright Xarici Tələbə Proqramı

Bu proqram azərbaycanlı gənclərə öz təhsillərini AB, universitetlərində magistr təhsili vasitəsilə davam etdirmək şansı verir. Təqaüdlər ictimai və/və ya özəl sektorda xidmət göstərəcəyi ilə bağlı götürdüyü öhdəliyi ən yaxşı nümayiş etdirən namizədlərə rəqabətli şəkildə layiq görülür. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

https://az.usembassy.gov/education-culture/educational-programs/professional-development-degree-programs/

Gürcüstan İctimai Əlaqələr İnstitutu (GIPA) proqramı

Azərbaycan vətəndaşları ABŞ səfirliyinin idarə etdiyi, Qafqaz Jurnalistika və Media Menecmenti Məktəbi (CSJMM) tərəfindən təklif edilən və Birləşmiş Ştatlardan, Avropa Birliyindən, Gürcüstan və Azərbaycandan olan instruktorlar tərəfindən tədris edilən Gürcüstan ictimai Əlaqələr İnstitutu (GIPA) magistratura proqramında iştirak edə bilərlər. Proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.

Hubert H. Humphrey Təqaüd Proqramı

1 illik (dərəcə verməyən) tam təqaüd proqramıdır və ilkin universitet dərəcəsi, 5 il əsas peşə təcrübəsi olan, liderlik xüsusiyyətləri nümayiş etdirmiş və ictimai xidmətdə çalışmış, ingilis dili mükəmməl olan orta səviyyəli karyeraya malik peşəkarlara təklif edilir. ABŞ Dövlət Departamenti bu proqrama görə hərtərəfli məsuliyyət daşıyır. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

https://az.usembassy.gov/education-culture/educational-programs/professional-development-non-degree-programs/

Avropa Komissiyası Erasmus+ Təqaüd Proqramları

Erasmus + Birləşmiş Magistr Dərəcəsi (EMJMD) ali təhsil müəssisələrinin beynəlxalq konsorsiumu tərəfindən birgə verilən prestijli, inteqrasiya olunmuş beynəlxalq təhsil proqramıdır. Erasmus+ Avropa Birliyinin maliyyələşdirdiyi təqaüdləri illik seçim mərhələləri çərçivəsində müraciət edən ən yaxşı tələbə namizədlərə verir. Bütün dünyadan olan tələbələr EMJMD vasitəsilə tam təqaüd üçün müraciət edə bilərlər. Erasmus+ bu saytda dərc edilmiş bütün kurslar üçün əlçatandır:

https://eacea.ec.europa.eu/erasmus-plus/library/scholarships-catalogue_en

Avropada təqaüd imkanları

Bu saytda siz müxtəlif Avropa ölkələrində magistr dərəcəsini əldə etmək üçün təqaüd imkanları barədə məlumat ala bilərsiniz.

www.scholarshipportal.eu

Britaniya Chevening Təqaüdü

Birləşmiş Krallığın Xarici və Birlik Ölkələri İdarəsinin təqaüdü – bu mexanizmin məqsədi uğurlu Azərbaycan məzunlarına öz karyera inkişaflarına və Azərbaycana uyğun gələn magistr təhsilini Britaniyada almaq şansı verməkdən ibarətdir. Proqram Azərbaycanda gələcək liderlər və qərarverici şəxslər ola biləcək gəncləri hədəf olaraq seçib. Təqaüd proqramı tam təhsil xərclərini əhatə edir. Proqram Britaniya Konsulluğu tərəfindən idarə olunur.

Britaniya Konsulluğu
Nizami küçəsi 90, Landmark III, 8-ci mərtəbə
Bakı AZ1010 
Azərbaycan
Tel.: +994 12 497 15 93, 497 20 13
Fax: +994 12 498 92 36
E-mail: inquires@britishcouncil.az

 Vışeqrad Təqaüd Proqramı (VSP)

Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Kosovo, Makedoniya, Moldova, Monteneqro, Serbiya və Ukrayna vətəndaşları olan magistrlər Vışeqrad ölkələrində oxumaq üçün təqaüd proqramına müraciət edə bilərlər. Beynəlxalq Vışeqrad Fondu seçilmiş tələbələrə 4 Avropa Birliyi ölkəsində - Çex Respublikası, Polşa, Slovakiya və Macarıstanda1 və  2 il müddətinə oxumaq üçün təqaüdlər təklif edir.

https://www.visegradfund.org/apply/mobilities/visegrad-scholarship/

Avropa İqtisadi Zonasından (EEA) kənar beynəlxalq tələbələr üçün Holland təqaüdü

Holland təqaüdü magistraturalarını 48 holland araşdırma universitetində və Hollandiyada müraciət edilmiş elm sahələrinin universitetlərində oxumaq istəyən, Avropa İqtisadi Zonasından (EEA) kənardan olan beynəlxalq tələbələr üçün nəzərdə tutulmuşdur.

http://www.scholars4dev.com/15082/holland-scholarship-for-non-eu-international-students/

İsveçdə magistratura təhsili üçün Visby Proqramı təqaüdü

Visby proqramı cəmiyyətdə aktiv rol oynamaq və ölkəsində və regionunda pozitiv inkişafda iştirak etmək ambisiyası olan peşəkarlarda qabiliyyəti inkişaf etdirmə məqsədi güdür.

Nəzərdə tutulub: Ermənistandan, Azərbaycandan, Belarusdan, Gürcüstandan, Moldovadan, Rusiya Federasiyasından və Ukraynadan olan namizədlər üçün.

https://si.se/en/apply/scholarships/visby-programme-masters/

İnkişafla əlaqəli magistratura kursları üçün Almaniyada DAAD təqaüdləri

Alman Akademik Mübadilə Xidməti (DAAD) beynəlxalq tələbələrə inkişaf etməkdə olan ölkələrdən olan akademik təhsilli gənc peşəkarları daha çox ixtisaslaşma ilə təmin edən alman universitetlərində bir çox magistratura kursları üçün Almaniyada təqaüdlər verir.

https://www.daad.de/der-daad/unsere-aufgaben/entwicklungszusammenarbeit/foerderprogramme/hochschulen/infos/en/45192-development-related-postgraduate-courses-epos/

Beynəlxalq tələbələr üçün Heinrich Böll Fondu təqaüdü

Heinrich Böll Fondunun təqaüd departamenti Almaniyadan xaricdə olan bakalavr tələbələrini təhsillərini Almaniyada davam etdirmək üçün təqaüdlərlə təmin edir.

Beynəlxalq ərizəçilər alman dili biliklərini sübut etməlidirlər. Alman dilində yaxşı və ya çox yaxşı bilik səviyyəsi tələb olunur.

https://www.boell.de/en/scholarships-application

Cenevrə Universiteti təqaüdü (İsveçrə)

Cenevrə Universiteti magistrlər üçün tam maliyyələşdirilmiş təqaüdlər təklif edir.

Buradan müraciət edin:

https://www.unige.ch/en

AB-dən kənardan olan tələbələr üçün Danimarka dövlət təqaüdü

Danimarka hökuməti Danimarkada oxumaq istəyən bütün dünyadan yüksək ixtisaslı və motivasiyalı beynəlxalq tələbələrə qucaq açır. Çoxlu magistr təqaüdləri bu məqsədlə Avropa Birliyi üzvü olmayan ölkələr üçün hər il təklif edilir.

http://studyindenmark.dk/study-options/tuition-fees-scholarships/tuition-fees-and-scholarships

Xarici tələbələr üçün İtaliya dövlət təqaüdü

İtaliya Xarici İşlər nazirliyi beynəlxalq mədəni, elmi və texnoloji əməkdaşlığı gücləndirmək, italyan dilini və mədəniyyətini təbliğ etmək və İtaliya iqtisadiyyatını dünyada dəstəkləmək məqsədi ilə İtaliyada yaşamayan xarici vətəndaşların xeyrinə İtaliyada magistr dərəcəsində təhsil verən təqaüdlər təklif edir.

Təqaüdlər həm dövlət, həm də qanuni şəkildə tanınmış italyan ali təhsil müəssisələrində oxumaq üçün təklif edilir.

https://studyinitaly.esteri.it/en/call-for-procedure

Beynəlxalq tələbələr üçün Fransada Eyfel təqaüdü

Eyfel Üstün Təqaüd proqramı Fransa ali təhsil müəssisələrini magistr dərəcələrini qazanmaq üçün xarici tələbələrə cəlbedici etmək məqsədi ilə Fransanın Avropa və Xarici İşlər nazirliyi tərəfindən təsis edilmişdir. Bu proqram həm özəl, həm də dövlət sektorlarınşn gələcək qərarvericilərinə üstünlük verilən təhsil sahələrində şanslar verir və magistr təhsili üçün inkişaf etməkdə olan ölkələrdən olan ərizəçiləri həvəsləndirir.

http://www.campusfrance.org/en/eiffel

Grenoble INP Fondu təqaüd proqramı

Grenoble INP Fondu beynəlxalq texnologiya üzrə mükəmməl magistr tələbələri üçün təqaüdlər təklif edir. 29 fevrala qədər öz seçiminiz üzrə magistratura üçün müraciət etməyiniz vacibdir. Bu təqaüd maksimum 2 semestr olmaqla hər semestrə 5000 avroya qədər təşkil edir.

http://www.grenoble-inp.fr/incoming/scholarships-from-grenoble-institute-of-technology-foundation-519642.kjsp

Beynəlxalq tələbələr üçün Türkiyə təqaüdləri

Türkiyə təqaüdlərinin magistratura proqramı Türkiyənin öncül universitetlərində magistr təhsili almaq istəyən dünyanın hər yerindən olan müvəffəqiyyətli beynəlxalq tələbələr üçün hökumət tərəfindən tam maliyyələşdirilən proqramdır. Təqaüdə aylıq stipendiya, tam təhsil haqqı, ödənişsiz 1 illik türk dili kursu, ödənişsiz dövlət yataqxanası, gediş-gəliş hava yolu bileti və tibbi sığorta daxildir. Türkiyə təqaüdü qabiliyyətli tələbələrə tam və qısamüddətli proqramlardan yararlanmaq üçün verilən, dövlət tərəfindən maliyyələşdirilən, rəqabət qabiliyyətli təqaüd proqramıdır.

https://www.turkiyeburslari.gov.tr/en/announcement/turkiye-scholarships-2019-applications

Asiya İnkişaf Bankı (ADB) / Yaponiya dövlət təqaüd proqramı

Asiya İnkişaf Bankı (ADB) / Yaponiya dövlət təqaüd proqramı iştirakçı institutlarda iqtisadiyyat, menecment, elm və texnologiya və digər inkişaf yönümlü sahələr üzrə 1 illik təhsil almaq üçün 150 magistr təqaüdü təklif edir. ADB özünün inkişaf etməkdə olan üzv dövlətlərindən olan fərdlərə Yaponiya hökumətinin maliyyələşdirdiyi təqaüd proqramı vasitəsilə magistr təhsili almaq imkanı təklif edir. Təqaüd Asiya və Sakit ocean regionunda (Tailand, ABŞ (Havay), Hindistan, Yaponiya, Pakistan, Avstraliya, Yeni Zelandiya, Filippin və digərləri) 16 tanınmış institut üzrə verilir.

https://www.adb.org/site/careers/japan-scholarship-program/main

Yaponiya/ Dünya Bankı birləşmiş magistr təqaüd proqramı (JJ/WBGSP)

Proqram müvafiq iş təcrübəsi və ölkələrində inkişaf fəaliyyətlərini dəstəkləyən tarixçələri olan, inkişaf istiqamətli magistr proqramlarına müraciət edən, inkişaf etməkdə olan ölkələrdən olan qadınlara və kişilərə açıqdır.

Mümkün maliyyələşdirmənin subyekti olaraq JJWBGSP inkişaf mövzularının geniş seçimini əhatə edən 200-dən çox proqram və ABŞ, Afrika və Yaponiyanın universitetlərində inkişafın açar sahələrində, o cümlədən iqtisadi-siyasi idarəetmə, vergi siyasəti və infrastruktur idarəetməsi sahələrində 14 partnyor proqram üzrə təqaüdlər təklif edir.

http://www.worldbank.org/en/programs/scholarships

Çin dövlət təqaüdü – Beynəlxalq tələbələr üçün ikitərəfli proqram

Çin dövlət təqaüdü – İkitərəfli Proqrama Çin hökuməti və digər ölkələrin hökumətləri, institutları, universitetləri və beynəlxalq təşkilatları arasında bağlanmış təhsil mübadilə razılaşmalarına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən yaradılmış, magistr təhsili üçün tam və ya qismən təqaüd proqramı daxildir.

http://www.campuschina.org/content/details3_74775.html

Beynəlxalq tələbələr üçün Tayvan dövlət təqaüdü

Tayvan hökuməti Təhsil Nazirliyi vasitəsilə tayvan təqaüd proqramı vasitəsilə Tayvan kolleclərində və universitetlərində təhsil almaq istəyən beynəlxalq tələbələrə magistratura təqaüdləri təklif edir. Proqram qabiyyətli beynəlxalq tələbələri Tayvanda dərəcə verən təhsil almağa, bununla da özlərini Tayvanda akademik mühitdə tanıtmağa və Tayvan və dünyadakı digər ölkələr arasında kommunikasiya, anlaşma və dostluğu təbliğ etməyə həvəsləndirməyi qarşısına məqsəd qoyub.

http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E HYPERLINK "http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E&id=122"& HYPERLINK "http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E&id=122"id=122

Beynəlxalq tələbələr üçün Avstraliyada Endeavour Magistratura təqaüdü

Endeavour Magistratura Liderlik təqaüdü beynəlxalq ərizəçilər üçün Avstraliyada magistr təhsili səviyyəsində ya kurs işi, ya da hər hansı sahədə araşdırma vasitəsilə magistratura dərəcəsini almaqda maliyyə dəstəyi təmin edir.

https://internationaleducation.gov.au/Endeavour%20program/Scholarships-and-Fellowships/Pages/default.aspx

Avstraliya Araşdırma Təlim Proqramı (RTP) təqaüdü

2017-ci ildə yaradılmış Araşdırma Təlim Proqramı (RTP) ali araşdırma dərəcəsi (HDR) kimi tanınan Araşdırma Magistr Proqramını mənimsəmək üçün həm yerli, həm də xarici tələbələri dəstəkləmək məqsədi ilə ali təhsil təminatçılarına təqvim ili əsasında federal maliyyə verir.

https://www.education.gov.au/research-training-program

Rotary Fondunun proqramları

Rotary Fondu sülh və konflikin həlli yolları və ya su və sanitariya sahələrində təhsil almaq üçün kollec məzunlarına və peşəkarlara təqaüdlər təklif edir.

Rotary sülh təqaüdü 6 partnyor universitetdən birində magistr dərəcəsində və ya sertifikat proqramında iştirak etmək istəyən namizədlər üçündür.

https://www.rotary.org/en/our-programs/scholarships

Azərbaycan Gənclər Fondu Magistratura Skolarşipləri

Ətraflı burada: http://youthfoundation.az/47742

----------------------------------------------------------------------------------------------------------------------------------------

Peşəkarlar üçün proqramlar 

Civil Society Scholar Award (CSSA) (Vətəndaş Cəmiyyəti Alim Təqaüdü)

Vətəndaş Cəmiyyəti Alim Mükafatı (CSSA) doktorantura tələbələri və universitet fakultələrinin onların öz ölkələrində və ya regionlarında sosial araşdırmaları və vacib təqaüdləri zənginləşdirən resurslara çıxışını mümkün edən beynəlxalq akademik hərəkətliliyə dəstək verir.

Təqaüd proqramı təcrübi iş (məlumatın toplanması); kitabxanalara, arxivlərə və ya universitetlərə tədqiqat səfərləri; fənn/ kurrikulum inkişafı; elmi-tədqiqat nəşrinə istiqamətlənən beynəlxalq əməkdaşlıq kimi fəaliyyət sahələrini dəstəkləyir.

Proqram BTMM tərəfindən idarə olunur.

https://www.opensocietyfoundations.org/grants/civil-society-scholar-award

CEU Doktorantura proqramları

CEU tələbələrinin 1/3-i PhD proqramlarında təhsil alırlar. Onların əksəriyyətinin təhsil xərcləri tam ödənilir və onlar araşdırma layihələrində aktiv şəkildə iştirak edirlər. Doktorantura proqramları CEU-nun əsas araşdırma sahələrindəki bütün fakultələri və departamentləri tərəfindən təmin edilir. CEU doktorantura proqramlarının siyahısı aşağıdakı kimidir. Proqram və onun təqdim etdiyi bölmə(lər) haqqında daha çox öyrənmək üçün keçidə basın:

https://www.ceu.edu/academics/degrees/doctoral

CEU-da ziyarət, araşdırma və tədris imkanları

Aşağıdakı təqaüd proqramları CEU-da araşdırma aparmaqla və ya tədris etməklə maraqlananlar üçün imkan təqdim edir:

Yay Universiteti (SUN)

CEU-nun Yay Universiteti universitetin yüksək səviyyəli, araşdırma təyinatlı, bir neçə elm sahəsini özündə birləşdirən, innovativ akademik kurslar, eləcə də sosial elmlər və humanitar sahədə peşəkar inkişaf üçün siyasət məsələləri ilə bağlı seminarlar təşkil etməklə araşdırma, tədris və sosial fəaliyyəti təbliğ edən missiyasının əlavəsidir. Ayrıca beynəlxalq fakultə komandası (o cümlədən, CEU professorları) tərəfindən tədris edilən kurslar magistr tələbələrini, gənc və post-doktorantura araşdırmaçılarını, müəllimləri və peşəkarları cəlb etmək üçün dünya səviyyəsində reklam olunur.

http://summeruniversity.ceu.edu/

Zalsburq Tibb Seminarları

Zalsburg Tibb Srminarları – tibbin müxtəlif sahələrində azı 3 illik təcrübəyə malik həkimlər üçün 1 həftəlik seminarlar.

Seminarlar Amerikanın öndə gedən xəstəxanalarından və onların himayəsindəki tibb məktəblərindən olan həkimlər tərəfindən Mərkəzi və Şərqi Avropada, Mərkəzi Asiyada, keçmiş Sovet İttifaqı ölkələrində və keçid dövründə olan digər ölkələrdə işləyən həkimlər üçün keçirilir.

Proqram Amerika Avstriya Fondunun (AAF) və AAF-nun Salzburg Fondunun himayəsi altında həyata keçirilir, Avstriya hökuməti, eləcə də korporativ və fərdi donorlar tərəfindən maliyyələşdirilir.

http://www.aaf-online.org/index.php/omi-salzburg-medical-seminars.html

Proqram BTMM tərəfindən idarə edilir.

Tibb Müşahidəçiliyi

Tibb Müşahidəçiliyi proqramının məqsədi Zalsburq məzunlarını kliniki bacarıqlarını inkişaf etdirmək üçün Avstriya xəstəxanalarında adətən 1 aylıq müddətlərlə 3 ay keçirməyə dəvət edərək, onları beynəlxalq tibb cəmiyyətinə inteqrasiya etdirməkdir. Bu müddət ərzində təqaüdçülər yeni əməliyyat texnikaları, müalicə protokolları və müasir xəstəxana idarəetməsi ilə tanış olurlar. Onlar əvvəlki institutları arasında davam edən təhsil formasında avstriyalı həmkarları ilə uzunmüddətli əməkdaşlıq yarada bilərlər.

http://www.aaf-online.org/index.php/omi-observership.html

Proqram BTMM tərəfindən idarə edilir.

Fulbright Ziyarətçi Alim Proqramı (ABŞ)

- bu proqrama yararlı xarici şəxslərə Amerikanın ən prestijli universitetlərində və digər ali təhsil müəssisələrində işləmək üçün təqaüdlər verir. Təqaüdlərin müddəti 4 aydan 6 aya qədər uzanır. Proqram Beynəlxalq Təhsil İnstitutunun (IIE) tabeliyində olan Alimlərin Beynəlxalq Mübadilə Şurası (CIES) tərəfindən idarə olunur. Birləşmiş Ştatların Dövlət Departamenti Fulbright proqramı üzrə ümumi məsuliyət daşıyır. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

TEA – orta məktəb müəllimləri üçün proqram (ABŞ)

ABŞ Dövlət Departamenti və IREX bacarıqlı beynəlxalq orta məktəb müəllimlərinin peşəkar inkişaf imkanları üçün ABŞ-a gəlmələri məqsədilə proqram elan edir. Fulbright Mükəmməl Tədris və Uğur (TEA) proqramı beynəlxalq müəllimləri qonaq edən universitetdə peşəkar inkişaf məqsədilə akademik seminarlar təklif edən 6 həftəlik proqram üçün Birləşmiş Ştatlara gətirir.müəllimlər təhsil təcrübələrinə, akademik təlim, liderlik bacarıqlarına və peşəkar təcrübələrinə əsasən, Fulbright TEA proqramında iştirak etmək üçün təltif edilirlər. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

Alimlər üçün SUSI proqramı (ABŞ)

Alimlər üçün ABŞ institutlarının təhsili (SUSIs) proqrama inteqrasiya olunmuş təhsil turları ilə birlikdə intensiv magistratura səviyyəli akademik proqramdır. Bu turların məqsədi xarici universitetlərin müəllim heyəti və digər alimlərinə onların ABŞ cəmiyyəti, mədəniyyəti, dəyərləri və təhsil müəssisələri barədə anlayışlarını dərinləşdirmək imkanı verməkdir. İnstitutun əsas məqsədi tədris proqramını gücləndirmək və xaricdə akademik müəssisələrdə Birlşmiş Ştatlar barədə tədrisin keyfiyyətini qaldırmaqdır. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

Orta məktəb tədrisçiləri üçün SUSI proqramı (ABŞ)

Orta məktəb tədrisçiləri üçün ABŞ institutlarının təhsili xarici orta məktəb tədrisçilərinə və idarəedicilərinə ABŞ cəmiyyəti, mədəniyyəti, dəyərləri və institutlarını daha dərindən dərk etmək şansı vermək məqsədilə proqrama inteqrasiya olunmuş təhsil turlarını özündə ehtiva edən magistr səviyyəli intensiv akademik proqramdır. İnstitutun əsas məqsədi tədris proqramını gücləndirmək və xaricdə orta məktəblərdə və digər akademik müəssisələrdə Birlşmiş Ştatlar barədə tədrisin keyfiyyətini qaldırmaqdır. Keçmiş və gələcək ərizəçiləri İnstitut haqqında ümumi məlumat almaq üçün bizim saytımızı ziyarət etməyə səsləyirik. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

Peşəkar Təqaüdçülər Proqramı (PFP) (ABŞ)

PFP proqramının məqsədləri: ABŞ qanunvericilik prosesinin dərkini gücləndirmək; siyasi prosesdə vətəndaş cəmiyyətinin rolu və iştirakının əhəmiyyətini gücləndirmək; ABŞ və xarici institutlarının arasında əməkdaşlığın yaradılması; birgə problemlərin və narahatlıqların praktiki həll yollarının inkişafında ortaq dilin tapılması. Təqaüdçülər 4-5 həftəlik proqram ərzində özlərini dövlət idarəçiliyinin, hökumət nəzarətinin və vətəndaş iştirakçılığının gündəlik əməliyyatlarına həsr edərək, Birləşmiş Ştatlar boyunca federal və ştat səviyyəsində qanunverici və icraedici orqanlarda, şəhər şuralarında və QHT-lərdə iştirak edəcəklər. Bütün maraqlanan namizədlər internet vasitəsilə buradan müraciət edə bilərlər:

https://ais.amerciancouncils.org

Xüsusi Amerikan Biznes Təlim Proqramı (SABIT)

Proqramın məqsədi post-sovet ölkələrinin yeni müstəqilləşmiş dövlətlərində iqtisadi restrukturizasiyanı dəstəkləməkdir. SABIT həm Vaşinqtonda, həm də post-sovet ölkələrində təcrübəli heyətə malik olaraq, post-sovet ölkələrindən olan orta və ali dərəcəli menecerləri, alimləri və mühəndisləri Birləşmiş Ştartlar boyunca orta, kiçik və böyük ABŞ biznes strukturlarına və təşkilatlarına staj keçmək üçün yerləşdirir. Staj proqramları post-sovet ölkələrinə xarici investisiyanın cəlb olunması və iqtisadi böyümənin gücləndirilməsi üçün çox vacib əhəmiyyətə malik olan sənaye təliminə və Qərb idarəetmə konseptlərinə və bazar iqtisadiyyatının əsaslarına açılmağa köklənib. SABIT həmçinin həm ABŞ-ın qonaq edən təşkilatları, həm də post-sovet ölkələrindən olan “stajçıları” və “təlim iştirakçıları”nı bugünün qlobal bazarında müvəffəqiyyət üçün həlledici əhəmiyyətə malik olan biznes əməkdaşlığının yaradılması və inkişafı üçün nadir imkanla təmin edir.

http://www.sabitprogram.org

Robert S. McNamara PhD Tədqiqat Təqaüdü

Dünya Bankının Robert S. McNamara Təqaüd Proqramı inkişaf edən ölkələrin PhD namizədlərini qonaq edən xarici institutda araşdırma məsləhətçisinin rəhbərliyi altında 6 aydan 10 aya qədər müddətdə innovativ, inkişafla bağlı doktorantura araşdırmasını aparması üçün illik 25000 dollara qədər təqaüdlə təltif edir.

Beynəlxalq tələbələr üçün Nuffic Huygens təqaüdü (Niderland)

Huygens Təqaüdü PhD təqaüdüdür və yalnız PhD tələbələri Nuffic Huygens təqaüdünə layiq görülə bilərlər. Nuffic Huygens təqaüdü PhD tələbəsi olan bütün subyektləri qəbul edir. Təqaüd Nidelandda təklif edilir və təmin edilir.

https://worldscholarshipforum.com/nuffic-huygens-scholarship/

İnkişafla bağlı PhD kursları üçün DAAD təqaüdləri (Almaniya)

Alman Akademik Mübadilə Xidməti alman universitetlərində inkişaf edən ölkələrə xüsusi münasiblik əsasında bir sıra PhD kursları üçün təqaüdlər təmin edir. Təqaüd proqramı xüsusilə Afrika, Asiya, Sakin okean adaları, Mərkəzi və Cənubi Amerika və Mərkəzi və Şərqi Avropanın inkişaf edən ölkələrindən olan beynəlxalq tələbələri və gənc peşəkarları hədəf seçib. DAAD təqaüdləri müxtəlif tam və qismən təqaüdlərdən ibarət seçilmiş proqramları dəstəkləyir.

Beynəlxalq tələbələr üçün Heinrich Böll Fondu təqaüdü (Almaniya)

Heinrich Böll Fondu Almaniyada PhD dərəcəsini oxumaq üçün alman və beynəlxalq tələbələrin təqaüd müraciətlərini qəbul edir. Təqaüdlər Almaniyada müraciət edilmiş elmlər üzrə universitetlər və incəsənət universitetlərində qəbul edilmiş bütün subyektlərə verilir.

https://www.boell.de/en/application

İsveçrə Dövlət Ali Təqaüdü

İsveçrə Dövlət Ali Təqaüdü təxminən 180 ölkədən olan məzunları İsveçrədə dövlət tərəfindən maliyyələşən və ya tanınmış institutlarda hər hansı akademik sahədə doktorantura və ya doktorantura sonrası araşdırma aparmaq imkanı ilə təmin edir. Təqaüd aylıq stipendiyanı, təhsil haqqını, tibbi sığortanı, yaşayış xərcini və s.-ni əhatə edir.

www.sbfi.admin.ch/scholarships_eng

Xarici tələblər üçün İtaliya dövlət təqaüdü

İtaliya hökuməti İtaliyada təhsil almaq üçün həm xarici vətəndaşları, həm də xaricdə yaşayan italyan rezidentlərini təqaüdlə təmin edir. Təqaüdlər universitet dərəcələri, PhD kursları və s. istiqamətdədir. Yalnız 3, 6 və ya 9 aylıq təqaüdlər üçün müraciət etmək olar.

Eiffel Ali təqaüdü (Fransa)

Eiffel təqaüd proqramı Xarici İşlər nazirliyi tərəfindən Fransa ali təhsil müəssisələrinə doktorantura dərəcəsi proqramlarına xarici tələbələri cəlb etmək məqsədi üçün bir vasitə olaraq, inkişaf etdirilmişdir. Eiffel təqaüdçüləri aylıq yaşayış xərci və geri dönüş bileti, tibbi sığorta və mədəni fəaliyyətlər kimi digər xərcləri alırlar.

http://www.campusfrance.org/en/eiffel

Endeavour Magistratura Təqaüdü

Endeavour Magistratura Təqaüdü Avstraliyada ya kurs işi yazaraq, ya da təhsilin hər hansı bir sahəsində araşdırma apararaq, PhD səviyyəsinə yiyələnmək üçün dünyanın hər tərəfindən olan beynəlxalq tələbələrə maliyyə dəstəyi verir. Təqaüdə təhsil haqqı, səyahət xərci, yaşayış yeri təminatı xərci, aylıq stipendiya, tibbi və səyahət sığortaları daxildir.

2017-ci ildə təsis olunmuş Araşdırma Təlim Proqramı (RTP) ali araşdırma dərəcəsi (HDR) sayılan Araşdırma Doktoranturasını oxumaq üçün həm yerli, həm də xarici tələbləri dəstəkləmək məqsədilə təqvim ili əsasında ali təhsil təminatçılarına (HEP) federal təqaüdlər verir.

Adelaida (Avstraliya) Universiteti təqaüdü

Adelaida Universiteti universitetdə doktorantura dərəcəsi oxumaq üçün tam təqaüd təklif edir. Müraciətin son tarixləri: birinci semestr üçün 31 avqust/ 31 yanvar və ikinci semestr üçün 31 yanvar/ 30 aprel. Ərizəni buradan doldura bilərsiniz:

https://www.adelaide.edu.au/graduatecentre/admission/

Yeni Zelandiya Beynəlxalq Doktorantura Araşdırma Təqaüdü (NZIDRS)

Yeni Zelandiya hökuməti tərəfindən maliyyələşdrilən və Yeni Zelandiya Təhsili tərəfindən idarə olunan NZIDRS Yeni Zelandiya universitetində PhD keçmək üçün xarici tələbələrə təqaüd verir.

https://www.studyinnewzealand.govt.nz/how-to-apply/scholarship/search-results?keyword=new-zealand-international-doctoral-research-scholarships-nzidrs

Beynəlxalq tələbələr üçün Çin dövlət təqaüdü

Çin dövlət təqaüdü – İkitərəfli Proqrama Çin hökuməti və digər ölkələrin hökumətləri, institutları, universitetləri və beynəlxalq təşkilatları arasında bağlanmış təhsil mübadilə razılaşmalarına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən yaradılmış tam və ya qismən təqaüd proqramı daxildir. Təqaüd doktorantura proqramlarını, əsas alim proqramlarını və ali alim proqramlarını dəstəkləyir. Tam təqaüdə təhsil xərci, aylıq stipendiya, birdəfəlik subsidiya, sığorta və s. daxildir, lakin qismən təqaüdə tam təqaüdün tərkib hissələrindən biri və ya bir neçəsi daxildir.

Beynəlxalq tələbələr üçün Tayvan təqaüdü

Tayvan hökuməti Təhsil Nazirliyinin əli ilə Tayvan təqaüd proqramı vasitəsilə Tayvan kollec və universitetlərində oxumaq istəyən beynəlxalq tələbələrərə PhD təqaüdləri təklif edir. Təqaüd təhsil haqqını və akademik xərclərin ödənməsini, eləcə də yaşayış xərcini əhatə edir.

Beynəlxalq tələbələr üçün Türkiyə təqaüdü 

Türkiyə təqaüdünün magistratura proqramları Türkiyədə PhD təhsili almaq arzusunda olan, dünyanın hər yerindən olan müvəffəqiyyətli beynəlxalq tələbələr üçün hökumət tərəfindən tam maliyyələşdirilən proqramlardır. Təqaüdə aylıq stipendiya, tam təhsil haqqı, 1 illik ödənişsiz türk dili kursu, ödənişsiz dövlət yataqxanası, gediş-gəliş hava yolu bileti və tibbi sığorta daxildir.

Sinqapur Beynəlxalq Məzun Təqaüdü

Sinqapur Beynəlxalq Məzun Təqaüdü bakalavr və/və ya magistratura üzrə əla akademik nəticələri olan və Sinqapur Universitetində Elm və Mühəndislik üzrə doktorantura (PhD) oxumaq üçün araşdırma aparmağa güclü marağı olan beynəlxa tələbələrə verilir. Təqaüd tam təhsil haqqı, aylıq stipendiya, yaşayış xərci və hava yolu bileti daxil olmaqla 4 illik PhD təhsili üçün maliyyə dəstəyini təmin edir.

https://www.a-star.edu.sg/Scholarships/For-Graduate-Studies/Singapore-International-Graduate-Award-SINGA

Beynəlxalq tələbələr üçün Koreya dövlət təqaüdü

Bu PhD kursu Koreya universitetləri üçün nəzərdə tutulmuşdur. Təqaüdçülərdən dil institutunun kampusunda yerləşən 1 illik koreya dili kursunu keçmələri tələbə olunur.

http://www.studyinkorea.go.kr/en/sub/gks/allnew_invite.do

Lids Doktorantura təqaüdü (Böyuk Britaniya)

Lids Universiteti Doktorantura təqaüdləri üçün ərizələri qəbul edir. Universitetdə bütün tələblərə cavab verənlər üçün tam maliyyələşdirilmiş çoxlu yerlər var. Ərizəni ilə internet vasitəsilə buradan doldura bilərsiniz:

http://www.leeds.ac.uk/info/130541/university_scholarships_and_funding/247/leeds_doctoral_scholarships

Riqa Hüquq Magistr məktəbində qabaqcıl hüquq və iqtisadiyyat proqramı (Latviya)

Kimlər üçündür: Ermənistandan, Azərbaycandan, Belarusdan, Gürcüstandan, Moldovadan, Ukraynadan, Qazaxıstandan, Qırğızıstandan, Tacikistandan, Türkmənistandan və Özbəkistandan olan iştirakçılar.

Təqaüdə daxildir: tədrislə əlaqədar bütün xərclər, səyahət və Riqada qalma xərcləri.

Ərizəni buradan doldurmaq olar:

https://apply.rgsl.edu.lv/courses/course/26-certificate-advanced-programme-law-and-economics

Birləşmiş Millətlər Universiteti (Tokio, Yaponiya) UNI-IAS təqaüdü

UNI-IAS təqaüdləri Davamlılıq (tarazlıq) elmi üzrə 3 illik PhD təhsili təklif edir.
 
https://ias.unu.edu/en/admissions/degrees/phd-in-sustainability-science-2019.html#overview

Yaponiya səfirliyinin Azərbaycan vətəndaşları üçün təqaüdləri

Azərbaycandakı Yaponiya səfirliyi Azərbaycan vətəndaşlarına təhsillərini Yaponiyada PhD səviyyəsində davam etdirmək üçün bir çox təqaüdlər təklif edir.

Daha çox məlumat üçün ziyarət edə bilərsiniz:

http://www.az.emb-japan.go.jp/007az.html

BTMM təqaüdləri

Vətəndaş Cəmiyyəti Liderlik Mükafatı (CSLA)

CSLA Asiya, Avropa və Şimali Amerika üzrə 11 ölkə, 30-dan çox universitetlər şəbəkəsində magistr səviyyəsi üçün tam maliyyələşdirilmiş təqaüdlər verir. Bu təqaüdlər aşağıdakı sahələr üzrə bir və ya iki illik MA dərəcələrini dəstəkləyir: İnkişaf Elmləri, İctimai səhiyyə, Təhsil idarəetməsi, Hüquq və insan haqları, İctimai siyasət və idarəetmə, Ətraf mühit və resurs idarəetməsi, Sosial iş və siyasət, İqtisadiyyat və beynəlxalq elmlər və digər humanitar və sosial fənlərə aid sahələr.

https://www.opensocietyfoundations.org/grants/civil-society-leadership-award

Bu proqram BTMM tərəfindən idarə olunur.

Vətəndaş Cəmiyyəti Alim Təqaüdü (CSSA)

Vətəndaş Cəmiyyəti Alim Mükafatı (CSSA) doktorantura tələbələri və universitet fakultələrinin onların öz ölkələrində və ya regionlarında sosial araşdırmaları və vacib təqaüdləri zənginləşdirən resurslara çıxışını mümkün edən beynəlxalq akademik hərəkətliliyə dəstək verir.

Təqaüd proqramı təcrübi iş (informasiya toplanması); kitabxanalara, arxivlərə və ya universitetlərə tədqiqat səfərləri; fənn/ kurrikulum inkişafı; elmi-tədqiqat nəşrinə istiqamətlənən beynəlxalq əməkdaşlıq kimi fəaliyyət sahələrini dəstəkləyir.

https://www.opensocietyfoundations.org/grants/civil-society-scholar-award

Bu proqram BTMM tərəfindən idarə olunur.

 Zalsburq Tibb Seminarları

Zalsburg Tibbi Seminarları – müxtəlif tibb sahələrində minimum 3 il təcrübəsi olan tibb həkimləri üçün 1 həftəlik seminarlar.

Bu seminarlar Amerikanın öndə gedən xəstəxanlarından və onların tabeliyindəki tibb məktəblərindən olan həkimlər tərəfindən tədris olunur və Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya, keçmiş Sovet İttifaqı ölkələri və digər keçid dövrü ölkələrində təcrübə keçən həkimlər üçün nəzərdə tutulur.

Proqram Amerika Avstriya Fondunun (AAF) və AAF-nun Zalsburq Fondunun (Salzburg Stiftung) himayəsi altında icra olunur və Avstriya hökuməti, eləcə də korporativ və fərdi donorlar tərəfindən maliyyələşdirilir.

http://www.aaf-online.org/index.php/omi-salzburg-medical-seminars.html

Bu proqram BTMM tərəfindən idarə olunur.

Tibbi müşahidəçilik

Tibbi müşahidəçilik proqramının məqsədi Zalsburq məzunlarını kliniki bacarıqlarını inkişaf etdirmək üçün 1 aylıq müddətlərlə 3 aya qədər Avstriya xəstəxanalarında olmağa dəvət etmək vasitəsilə onları beynəlxalq tibb cəmiyyətinə inteqrasiya etdirməkdir. Bu müddət ərzində məzunlar yeni əməliyyat texnikaları, müalicə protokolları və müasir xəstəxana idarəetməsi ilə tanış olurlar. Onlar məxsus olduqları universitetlər arasında davam edən təhsil formasında avstriyalı kolleqaları ilə uzunmüddətli əməkdaşlığın əsasını qoya bilirlər.

http://www.aaf-online.org/index.php/omi-observership.html

Bu proqram BTMM tərəfindən idarə olunur.

Bu proqram barədə daha çox məlumat almaq üçün əlaqə:
BTMM, Caspian Business Center, 2-ci mərtəbə
Tel: 448 28 45/46
E-mail: office@beic.az

--------------------------------------------------------------------------------------------------------------------------------------------

Yuxarı sinif şagirdləri üçün proqramlar

Gələcək Liderlərin Mübadiləsi (FLEX)

Gələcək Liderlərin Mübadiləsi proqramı (FLEX) yuxarı sinif şagirdlərinə ABŞ məktəbində oxuyaraq və ABŞ-da qonaq edən ailədə qalaraq, beynəlxalq mübadilə vasitəsilə Birləşmiş Ştatların xalqı və mədəniyyəti haqında öyrənmək imkanı verir. FLEX proqramı Birləşmiş Ştatlar hökuməti tərəfindən maliyyələşdirilir və mədəni müxtəlifliyə hörməti təbliğ etməyi, şəxsi inkişaf və icma xidmətləri ilə məşğul olmaq imkanlarını təmin etməyi, eləcə də Avrasiyanın gənc vətəndaşlarına amerikalıları öz ölkələri və mədəniyyətləri haqqında öyrədərək, 1 akademik il ərzində ABŞ-ın həyat tərzini müşahidə etmək və yaşamaq imkanını verməklə ölkələrimiz arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməyi qarşısına məqsəd qoyur.

FLEX proqramı Azərbaycanda Amerika Şurasının ofisi tərəfindən idarə olunur. Azərbaycanda hazırkı FLEX proqramı yalnız məktəbin son sinif şagirdləri üçündür.

Daha çox məlumat üçün siz proqramın elektron poçt ünvanına - flex@americancouncils.az  yaza və ya birbaşa Amerika Şurasına zəng edə bilərsiniz: 050 225 81 78 or 12 436 75 30.

Azərbaycanla Gənc Liderlik Proqramı

Bu proqram mədəni anlaşma və ABŞ-da xüsusi bir sahədə bilik toplama məqsədilə yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Namizədlər orta səviyyədə ingilis dili biliyi olan yuxarı sinif şagirdləri olmalıdırlar. Müddət: 3 həftə. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilir.

https://az.usembassy.gov/education-culture/educational-programs/programs-high-school-students/

Bencamin Franklin Transatlantik Yay İnstitutu

Bu proqram tələbələr üçün ABŞ-da peşəkarlar tərəfindən verilən mühazirələrdə iştirak etmələri və mədəni təcrübə toplamalarından ötrü nəzərdə tutulub. Namizədlər orta səviyyədə ingilis dilini bilən 16-18 yaşlı şagirdlər olmalıdırlar. Müddət: 4 həftə. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilir.

Bakalavrlar üçün proqramlar

Qlobal bakalavr Mübadilə proqramı (UGRAD)

Bu proqram mədəni və akademik təcrübəni təbliğ edir, eləcə də bakalavr tələbələri üçün ABŞ kollec və universitetlərində 1 semestr oxumaq imkanı yaradır.

Namizədlər Azərbaycan universitetlərinin 1-ci, 2-ci və ya 3-cü kurs tələbləri olmalı, ingilis dilini mahir bilməlidirlər.

Təhsil müddəti – 1 semestr.

Bu proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

https://az.usembassy.gov/education-culture/educational-programs/programs-for-students/

Tələbələr üçün SUSİ proqramı

Bu, Birləşmiş Ştatları və onun siyasi sistemini daha dərindən anlayan bakalavr tələbələrindən ibarət liderlər qrupunu yaratmağı hədəfləyən proqramdır.

Namizədlər Azərbaycan universitetlərinin 1-ci, 2-ci və ya 3-cü kurs tələbləri olmalı, ingilis dilini mahir bilməlidirlər.

Proqramın müddəti 6 həftədir.

Bu proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

https://az.usembassy.gov/education-culture/educational-programs/programs-for-students/

Bolqarıstan Amerikan Universitetinin (AUBG) təqaüdləri

AUBG beynəlxalq bakalavr tələbələrinə bir çox təqaüdlər təqdim edir. Hər bir ərizəçi onun ala biləcəyi hər hansı təqaüd üçün avtomatik olaraq, nəzərdən keçirilir. Akademik göstəriciyə əsaslanan təqaüdlər tələbənin məktəbin yuxarı sinfindəki göstəricilərinə və ingilis dilindən imtahan nəticələrinə əsasən verilir. AUBG tələbələrinin 73%-i təqaüdün hər hansı formasını alırlar.

www.aubg.bg

Yaponiya dövlət təqaüdləri

Yaponiya hökuməti Yaponiya dövlət Təqaüd Proqramı çərçivəsində Yaponiya universitetlərində bakalavr tələbəsi kimi təhsil almaq arzusunda olan beynəlxalq tələbələrə Yaponiyada təqaüdlər təklif edir. Təqaüdlər müavinəti, səyahət xərclərini və məktəb xərclərini əhatə edir.

http://www.mext.go.jp/a_menu/koutou/ryugaku/boshu/1346643.htm

Beynəlxalq tələbələr üçün Çin dövlət təqaüdləri

Çin dövlət təqaüdü – ikitərəfli proqrama təhsil mübadilə razılaşmalarına və ya Çin hökuməti ilə digər dövlətlərin hökumətləri, institutlar, universitetlər və beynəlxalq təşkilatlar arasında bağlanmış Anlaşma Memorandumlarına (MoU) müvafiq olaraq, Təhsil Nazirliyi tərəfindən təsis edilmiş tam və ya qismən təqaüdlər daxildir. Bu proqram bakalavr səviyyəsini dəstəkləyir. İkitərəfli proqram həm tam, həm də qismən təqaüdləri təmin edir.

http://www.campuschina.org/content/details3_74775.html

Linqnan Universiteti (Honq Konq) təqaüdləri

Bakalavrlar üçün tam və qismən təqaüdlər.

 http://www.ln.edu.hk/admissions/ug/overseas/

Beynəlxalq tələbələr üçün Tayvan təqaüdləri

Tayvan hökuməti Təhsil Nazirliyi vasitəsilə Tayvan Təqaüd Proqramı ilə Tayvan kollec və universitetlərində təhsil almaq istəyən beynəlxalq tələbələrə bakalavr təqaüdləri təklif edir. Təqaüdlər təhsil haqqını, akademik xərcləri və yaşamaq üçün müavinəti əhatə edir.

http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E HYPERLINK "http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E&id=122"& HYPERLINK "http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E&id=122"id=122

Beynəlxalq tələbələr üçün Koreya dövlət təqaüdləri

Bakalavr kursu: Koreya universitetləerində təşkil edilmiş 4 illik kurs. Təqaüdə layiq görülənlər universitet kampusunda yerləşən dil institutunda 1 illik Koreya dili kursu keçməlidirlər.

http://www.studyinkorea.go.kr/en/sub/gks/allnew_invite.do

Beynəlxalq tələbələr üçün Türkiyə təqaüdləri

Türkiyə təqaüdləri Türkiyədə bakalavr təhsili üçün bütün dünyadan olan müvəffəqiyyətli beynəlxalq tələbələr üçün tam maliyyələşdirilmiş hökumət proqramlarıdır. Təqaüdə aylıq stipendiya (bakalavrlar üçün 600 TL), tam təhsil haqqı, ödənişsiz 1 illik türk dili kursu, ödənişsiz yaşayış təminatı, gediş-gəliş hava yolu bileti və tibbi sığorta daxildir.

https://www.turkiyeburslari.gov.tr/en/announcement/turkiye-scholarships-2019-applications
 
Xarici tələbələr üçün Macarıstan dövlət təqaüdləri

Stipendium Hungaricum təqaüd proqramı 2013-cü ildə Macarıstan hökuməti tərəfindən qəbul olunub. Proqramın əsas missiyası Macarıstanda xarici tələblərin sayını artırmaq və Macarıstan ali təhsil müəssisələrini savadlı xarici tələbələri cəlb etməyə həvəsləndirməkdir. 2017/18-ci təhsil ilində 4000 tələbə Stipendum Hungaricum proqramı çərçivəsində Macarıstanda öz təhsilinə başlaya bilmişdir.

http://www.tka.hu/international-programmes/2966/stipendium-hungaricum

Holland təqaüdü

Holland təqaüdü Avropa İqtisadi Zonasından (EEA) kənarda olan, bakalavr təhsilini Niderlandda almaq istəyən beynəlxalq tələbələr üçün nəzərdə tutulmuşdur.

Təqaüd – təqaüd 5000 avro təşkil edir. Siz bu məbləği təhsil müddətinizin birinci ilində alacaqsınız. Xahiş edirik, nəzər alın ki, bu, təhsil haqqını tam ödəyən təqaüd deyil.

Təqaüd verilmə dövrü – təqaüd 1 illiyə verilir və yalnız bir dəfə alına bilər.

https://www.studyinholland.nl/scholarships/highlighted-scholarships/holland-scholarship

Cenevrə Universiteti təqaüdü (İsveçrə)

Cenevrə Universiteti bakalavrlar üçün tam maliyyələşdirilən təqaüdlər təklif edir

https://www.unige.ch/en

--------------------------------------------------------------------------------------------------------------------------------------------

Beynəlxalq Magistr Proqramları

Vətəndaş Cəmiyyəti Liderlik Mükafatı (CSLA)

CSLA Asiya, Avropa və Şimali Amerika boyu universitetlər şəbəkəsində tam maliyyələşdirilmiş magistr təqaüdləri təmin edir – 11 ölkə, 30-dan çox universitet. Bu proqram aşağıdakı sahələr üzrə 1 və ya 2 illik MA dərəcələrini dəstəkləyir: İnkişaf elmləri, İctimai səhiyyə, Təhsilin idarə edilməsi, Hüquq və İnsan haqları, İctimai siyasət və idarəetmə, Ətraf mühit və resurs idarəetməsi, Sosial iş və siyasət, İqtisadiyyat və beynəlxalq elmlər və digər humanitar və social elm sahələri.

https://www.opensocietyfoundations.org/grants/civil-society-leadership-award

Bu proqram BTMM tərəfindən idarə olunur.

Daha çox məlumat üçün əlaqə:
Caspian Business Center, 2-ci mərtəbə
Tel: 448 28 45/46
E-mail: office@beic.az

Mərkəzi Avropa Universiteti (CEU)

sosial elmlər və humanitar sahədə beynəlxalq dərəcədə qəbul edilmiş magistr təhsili müəssisəsidir. Proqram 1 illik (iqtisadiyyat üzrə - 2 illik) magistr proqramları təklif edir. Tam və qismən maliyyə yardımları akademik-dəyər əsasında verilir. Bütün dünyadan olan tələbələr müraciət edə bilərlər. Daha çox məlumat üçün ziyarət edin:

www.ceu.hu

Fulbright Xarici Tələbə Proqramı

Bu proqram azərbaycanlı gənclərə öz təhsillərini AB, universitetlərində magistr təhsili vasitəsilə davam etdirmək şansı verir. Təqaüdlər ictimai və/və ya özəl sektorda xidmət göstərəcəyi ilə bağlı götürdüyü öhdəliyi ən yaxşı nümayiş etdirən namizədlərə rəqabətli şəkildə layiq görülür. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

https://az.usembassy.gov/education-culture/educational-programs/professional-development-degree-programs/

Gürcüstan İctimai Əlaqələr İnstitutu (GIPA) proqramı

Azərbaycan vətəndaşları ABŞ səfirliyinin idarə etdiyi, Qafqaz Jurnalistika və Media Menecmenti Məktəbi (CSJMM) tərəfindən təklif edilən və Birləşmiş Ştatlardan, Avropa Birliyindən, Gürcüstan və Azərbaycandan olan instruktorlar tərəfindən tədris edilən Gürcüstan ictimai Əlaqələr İnstitutu (GIPA) magistratura proqramında iştirak edə bilərlər. Proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.

https://az.usembassy.gov/education-culture/educational-programs/professional-development-degree-programs/

Hubert H. Humphrey Təqaüd Proqramı

1 illik (dərəcə verməyən) tam təqaüd proqramıdır və ilkin universitet dərəcəsi, 5 il əsas peşə təcrübəsi olan, liderlik xüsusiyyətləri nümayiş etdirmiş və ictimai xidmətdə çalışmış, ingilis dili mükəmməl olan orta səviyyəli karyeraya malik peşəkarlara təklif edilir. ABŞ Dövlət Departamenti bu proqrama görə hərtərəfli məsuliyyət daşıyır. Proqram ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur.

https://az.usembassy.gov/education-culture/educational-programs/professional-development-non-degree-programs/

Avropa Komissiyası Erasmus+ Təqaüd Proqramları

Erasmus + Birləşmiş Magistr Dərəcəsi (EMJMD) ali təhsil müəssisələrinin beynəlxalq konsorsiumu tərəfindən birgə verilən prestijli, inteqrasiya olunmuş beynəlxalq təhsil proqramıdır. Erasmus+ Avropa Birliyinin maliyyələşdirdiyi təqaüdləri illik seçim mərhələləri çərçivəsində müraciət edən ən yaxşı tələbə namizədlərə verir. Bütün dünyadan olan tələbələr EMJMD vasitəsilə tam təqaüd üçün müraciət edə bilərlər. Erasmus+ bu saytda dərc edilmiş bütün kurslar üçün əlçatandır:

https://eacea.ec.europa.eu/erasmus-plus/library/scholarships-catalogue_en

Avropada təqaüd imkanları

Bu saytda siz müxtəlif Avropa ölkələrində magistr dərəcəsini əldə etmək üçün təqaüd imkanları barədə məlumat ala bilərsiniz.

www.scholarshipportal.eu

Britaniya Chevening Təqaüdü

Birləşmiş Krallığın Xarici və Birlik Ölkələri İdarəsinin təqaüdü – bu mexanizmin məqsədi uğurlu Azərbaycan məzunlarına öz karyera inkişaflarına və Azərbaycana uyğun gələn magistr təhsilini Britaniyada almaq şansı verməkdən ibarətdir. Proqram Azərbaycanda gələcək liderlər və qərarverici şəxslər ola biləcək gəncləri hədəf olaraq seçib. Təqaüd proqramı tam təhsil xərclərini əhatə edir. Proqram Britaniya Konsulluğu tərəfindən idarə olunur.

Britaniya Konsulluğu
Nizami küçəsi 90, Landmark III, 8-ci mərtəbə
Bakı AZ1010 
Azərbaycan
Tel.: +994 12 497 15 93, 497 20 13
Fax: +994 12 498 92 36
E-mail: inquires@britishcouncil.az

 Vışeqrad Təqaüd Proqramı (VSP)

Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Kosovo, Makedoniya, Moldova, Monteneqro, Serbiya və Ukrayna vətəndaşları olan magistrlər Vışeqrad ölkələrində oxumaq üçün təqaüd proqramına müraciət edə bilərlər. Beynəlxalq Vışeqrad Fondu seçilmiş tələbələrə 4 Avropa Birliyi ölkəsində - Çex Respublikası, Polşa, Slovakiya və Macarıstanda1 və  2 il müddətinə oxumaq üçün təqaüdlər təklif edir.

https://www.visegradfund.org/apply/mobilities/visegrad-scholarship/

Avropa İqtisadi Zonasından (EEA) kənar beynəlxalq tələbələr üçün Holland təqaüdü

Holland təqaüdü magistraturalarını 48 holland araşdırma universitetində və Hollandiyada müraciət edilmiş elm sahələrinin universitetlərində oxumaq istəyən, Avropa İqtisadi Zonasından (EEA) kənardan olan beynəlxalq tələbələr üçün nəzərdə tutulmuşdur.

http://www.scholars4dev.com/15082/holland-scholarship-for-non-eu-international-students/

İsveçdə magistratura təhsili üçün Visby Proqramı təqaüdü

Visby proqramı cəmiyyətdə aktiv rol oynamaq və ölkəsində və regionunda pozitiv inkişafda iştirak etmək ambisiyası olan peşəkarlarda qabiliyyəti inkişaf etdirmə məqsədi güdür.

Nəzərdə tutulub: Ermənistandan, Azərbaycandan, Belarusdan, Gürcüstandan, Moldovadan, Rusiya Federasiyasından və Ukraynadan olan namizədlər üçün.

https://si.se/en/apply/scholarships/visby-programme-masters/

İnkişafla əlaqəli magistratura kursları üçün Almaniyada DAAD təqaüdləri

Alman Akademik Mübadilə Xidməti (DAAD) beynəlxalq tələbələrə inkişaf etməkdə olan ölkələrdən olan akademik təhsilli gənc peşəkarları daha çox ixtisaslaşma ilə təmin edən alman universitetlərində bir çox magistratura kursları üçün Almaniyada təqaüdlər verir.

https://www.daad.de/der-daad/unsere-aufgaben/entwicklungszusammenarbeit/foerderprogramme/hochschulen/infos/en/45192-development-related-postgraduate-courses-epos/

Beynəlxalq tələbələr üçün Heinrich Böll Fondu təqaüdü

Heinrich Böll Fondunun təqaüd departamenti Almaniyadan xaricdə olan bakalavr tələbələrini təhsillərini Almaniyada davam etdirmək üçün təqaüdlərlə təmin edir.

Beynəlxalq ərizəçilər alman dili biliklərini sübut etməlidirlər. Alman dilində yaxşı və ya çox yaxşı bilik səviyyəsi tələb olunur.

https://www.boell.de/en/scholarships-application

Cenevrə Universiteti təqaüdü (İsveçrə)

Cenevrə Universiteti magistrlər üçün tam maliyyələşdirilmiş təqaüdlər təklif edir.

Buradan müraciət edin:

https://www.unige.ch/en

AB-dən kənardan olan tələbələr üçün Danimarka dövlət təqaüdü

Danimarka hökuməti Danimarkada oxumaq istəyən bütün dünyadan yüksək ixtisaslı və motivasiyalı beynəlxalq tələbələrə qucaq açır. Çoxlu magistr təqaüdləri bu məqsədlə Avropa Birliyi üzvü olmayan ölkələr üçün hər il təklif edilir.

http://studyindenmark.dk/study-options/tuition-fees-scholarships/tuition-fees-and-scholarships

Xarici tələbələr üçün İtaliya dövlət təqaüdü

İtaliya Xarici İşlər nazirliyi beynəlxalq mədəni, elmi və texnoloji əməkdaşlığı gücləndirmək, italyan dilini və mədəniyyətini təbliğ etmək və İtaliya iqtisadiyyatını dünyada dəstəkləmək məqsədi ilə İtaliyada yaşamayan xarici vətəndaşların xeyrinə İtaliyada magistr dərəcəsində təhsil verən təqaüdlər təklif edir.

Təqaüdlər həm dövlət, həm də qanuni şəkildə tanınmış italyan ali təhsil müəssisələrində oxumaq üçün təklif edilir.

https://studyinitaly.esteri.it/en/call-for-procedure

Beynəlxalq tələbələr üçün Fransada Eyfel təqaüdü

Eyfel Üstün Təqaüd proqramı Fransa ali təhsil müəssisələrini magistr dərəcələrini qazanmaq üçün xarici tələbələrə cəlbedici etmək məqsədi ilə Fransanın Avropa və Xarici İşlər nazirliyi tərəfindən təsis edilmişdir. Bu proqram həm özəl, həm də dövlət sektorlarınşn gələcək qərarvericilərinə üstünlük verilən təhsil sahələrində şanslar verir və magistr təhsili üçün inkişaf etməkdə olan ölkələrdən olan ərizəçiləri həvəsləndirir.

http://www.campusfrance.org/en/eiffel

Grenoble INP Fondu təqaüd proqramı

Grenoble INP Fondu beynəlxalq texnologiya üzrə mükəmməl magistr tələbələri üçün təqaüdlər təklif edir. 29 fevrala qədər öz seçiminiz üzrə magistratura üçün müraciət etməyiniz vacibdir. Bu təqaüd maksimum 2 semestr olmaqla hər semestrə 5000 avroya qədər təşkil edir.

http://www.grenoble-inp.fr/incoming/scholarships-from-grenoble-institute-of-technology-foundation-519642.kjsp

Beynəlxalq tələbələr üçün Türkiyə təqaüdləri

Türkiyə təqaüdlərinin magistratura proqramı Türkiyənin öncül universitetlərində magistr təhsili almaq istəyən dünyanın hər yerindən olan müvəffəqiyyətli beynəlxalq tələbələr üçün hökumət tərəfindən tam maliyyələşdirilən proqramdır. Təqaüdə aylıq stipendiya, tam təhsil haqqı, ödənişsiz 1 illik türk dili kursu, ödənişsiz dövlət yataqxanası, gediş-gəliş hava yolu bileti və tibbi sığorta daxildir. Türkiyə təqaüdü qabiliyyətli tələbələrə tam və qısamüddətli proqramlardan yararlanmaq üçün verilən, dövlət tərəfindən maliyyələşdirilən, rəqabət qabiliyyətli təqaüd proqramıdır.

https://www.turkiyeburslari.gov.tr/en/announcement/turkiye-scholarships-2019-applications

Asiya İnkişaf Bankı (ADB) / Yaponiya dövlət təqaüd proqramı

Asiya İnkişaf Bankı (ADB) / Yaponiya dövlət təqaüd proqramı iştirakçı institutlarda iqtisadiyyat, menecment, elm və texnologiya və digər inkişaf yönümlü sahələr üzrə 1 illik təhsil almaq üçün 150 magistr təqaüdü təklif edir. ADB özünün inkişaf etməkdə olan üzv dövlətlərindən olan fərdlərə Yaponiya hökumətinin maliyyələşdirdiyi təqaüd proqramı vasitəsilə magistr təhsili almaq imkanı təklif edir. Təqaüd Asiya və Sakit ocean regionunda (Tailand, ABŞ (Havay), Hindistan, Yaponiya, Pakistan, Avstraliya, Yeni Zelandiya, Filippin və digərləri) 16 tanınmış institut üzrə verilir.

https://www.adb.org/site/careers/japan-scholarship-program/main

Yaponiya/ Dünya Bankı birləşmiş magistr təqaüd proqramı (JJ/WBGSP)

Proqram müvafiq iş təcrübəsi və ölkələrində inkişaf fəaliyyətlərini dəstəkləyən tarixçələri olan, inkişaf istiqamətli magistr proqramlarına müraciət edən, inkişaf etməkdə olan ölkələrdən olan qadınlara və kişilərə açıqdır.

Mümkün maliyyələşdirmənin subyekti olaraq JJWBGSP inkişaf mövzularının geniş seçimini əhatə edən 200-dən çox proqram və ABŞ, Afrika və Yaponiyanın universitetlərində inkişafın açar sahələrində, o cümlədən iqtisadi-siyasi idarəetmə, vergi siyasəti və infrastruktur idarəetməsi sahələrində 14 partnyor proqram üzrə təqaüdlər təklif edir.

http://www.worldbank.org/en/programs/scholarships

Çin dövlət təqaüdü – Beynəlxalq tələbələr üçün ikitərəfli proqram

Çin dövlət təqaüdü – İkitərəfli Proqrama Çin hökuməti və digər ölkələrin hökumətləri, institutları, universitetləri və beynəlxalq təşkilatları arasında bağlanmış təhsil mübadilə razılaşmalarına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən yaradılmış, magistr təhsili üçün tam və ya qismən təqaüd proqramı daxildir.

http://www.campuschina.org/content/details3_74775.html

Beynəlxalq tələbələr üçün Tayvan dövlət təqaüdü

Tayvan hökuməti Təhsil Nazirliyi vasitəsilə tayvan təqaüd proqramı vasitəsilə Tayvan kolleclərində və universitetlərində təhsil almaq istəyən beynəlxalq tələbələrə magistratura təqaüdləri təklif edir. Proqram qabiyyətli beynəlxalq tələbələri Tayvanda dərəcə verən təhsil almağa, bununla da özlərini Tayvanda akademik mühitdə tanıtmağa və Tayvan və dünyadakı digər ölkələr arasında kommunikasiya, anlaşma və dostluğu təbliğ etməyə həvəsləndirməyi qarşısına məqsəd qoyub.

http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E HYPERLINK "http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E&id=122"& HYPERLINK "http://edu.law.moe.gov.tw/EngLawContent.aspx?Type=E&id=122"id=122

Beynəlxalq tələbələr üçün Avstraliyada Endeavour Magistratura təqaüdü

Endeavour Magistratura Liderlik təqaüdü beynəlxalq ərizəçilər üçün Avstraliyada magistr təhsili səviyyəsində ya kurs işi, ya da hər hansı sahədə araşdırma vasitəsilə magistratura dərəcəsini almaqda maliyyə dəstəyi təmin edir.

https://internationaleducation.gov.au/Endeavour%20program/Scholarships-and-Fellowships/Pages/default.aspx

Avstraliya Araşdırma Təlim Proqramı (RTP) təqaüdü

2017-ci ildə yaradılmış Araşdırma Təlim Proqramı (RTP) ali araşdırma dərəcəsi (HDR) kimi tanınan Araşdırma Magistr Proqramını mənimsəmək üçün həm yerli, həm də xarici tələbələri dəstəkləmək məqsədi ilə ali təhsil təminatçılarına təqvim ili əsasında federal maliyyə verir.

https://www.education.gov.au/research-training-program

Rotary Fondunun proqramları

Rotary Fondu sülh və konflikin həlli yolları və ya su və sanitariya sahələrində təhsil almaq üçün kollec məzunlarına və peşəkarlara təqaüdlər təklif edir.

Rotary sülh təqaüdü 6 partnyor universitetdən birində magistr dərəcəsində və ya sertifikat proqramında iştirak etmək istəyən namizədlər üçündür.

https://www.rotary.org/en/our-programs/scholarships

Azərbaycan Gənclər Fondu Magistratura Skolarşipləri

Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.