BEIC clubs” nədir? - sualı ilə maraqlananlar üçün:

Əğər övladınızın gələcəkdə xaricdə təhsil almasını planlaşdırırsınızsa, onları müstəqil, savadlı görmək istəyirsinizsə, o zaman yalnız ingilis dili və fənn bilikləri ilə kifayətlənə bilməzsiz.

Müşahidələrimiz onu göstərir ki, bizim tələbələr akademik cəhətdən çox güclü olur, əksəriyyətinin İELTS, SAT və digər bu kimi testlərdən yüksək nəticələri var. Lakin, bir çox bilik və bacarıqlar da var ki, nədənsə valideynlər onu ciddiyə almır və ya fərqinə varmır.

Bizim təşkil edəcəyimiz klublar tələbələrin dünyagörüşünün artması, intellektual inkişafı üçün nəzərdə tutulmuşdur. Bu klublar interaktiv dərs, məşğələ şəklində keçiriləcək və hər bir görüş maraqlı və aktual bir mövzunu əhatə edəcəkdir. Dərslər tək bizim müəllim heyəti deyil, həm də dəvət olunmuş ekspertlər tərəfindən aparılacaqdır.

Bu klublarda tələbələr yazı, danışıq, ünsiyyət etikası öyrənəcək, debatlarda iştirak edəcək, incəsənət, musiqi, elm, beynəlxalq hüquq, siyasət və bu kimi mövzular ətrafında biliklərə yiyələnəcək, özünü təqdimat, fikir yürütmək, müsahibə və mübahisə bacarıqları öyrənəcək və intellektual oyunlarda iştirak edəcəkdir.

Öz ölkəmiz, Azərbaycan haqqlnda da silsilə görüşlərimiz olacaq.

Və təbii ki, bütün dərslər ingilis dilində keçirildiyi üçün tələbələrin ən azı intermediate səviyyəsində olmağı vacibdir.

 

Daha çox məlumat almaq üçün BTMM-nin adminstrasiyası ilə e-mail vasitəsilə - jmammadov@beic.az və ya telefonla – 505 28 454/46 əlaqə saxlaya bilərsiniz.